Modern.az

Mayda kimlər əfv OLUNACAQ...

Mayda kimlər əfv OLUNACAQ...

Ölkə

4 Aprel 2024, 14:07

Aprelin 3-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2024-cü ildə ilk iclası keçirilib. İclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Bu il komissiya 700-dən çox müraciətə baxacaq.

 

Müxtəlif hüquq müdafiəsi üzrə QHT-lər də komissiyaya öz siyahılarını təqdim edirlər.

 

Belə QHT-lərdən biri də Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətidir.

 

 Modern.az QHT ilə  neçə nəfərdən ibarət siyahı təqdim etdiklərini öyrənmək üçün əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında cəmiyyətin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Əfv Komissiyasına 40 nəfərdən ibarət siyahı təqdim etdiklərini deyib:

 

“Siyahıda 40-a yaxın adamın adını qeyd etmişik. Orada blogerlər, jurnalistlər, ömürlüklər də var. Qubad İbadoğludan tutmuş bir çox şəxslərin də adını siyahıya əlavə etmişik. Hansıları buraxarlar, buraxarlar. Çox istərdik ki, bu il siyasi motivlərlə tutulduğu iddia olunan şəxslərin hər biri buraxılsınlar. Beləliklə canımız Avropa Birliyinin, ABŞ-nin təhdidindən qurtulsun”. 

 

Qeyd edək ki, bu ilin may ayında əfv sərəncamının imzalanması gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir