Modern.az

"Bir millət, üç dövlət" olmaq yolunda... - Şimali Kiprlə bağlı tarixi QƏRAR

Ölkə

6 Aprel 2024, 16:09

Ötən gün Milli Məclisin qərarı ilə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev olacaq. O, işçi qrupun yaradılmasını tarixi hadisə adlandırıb.
 

“Parlamentlər arası işçi qrup xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni-humanitar və siyasi-iqtisadi münasibətlərin canlandırılması üçün səmimi qəlbdən çalışacaq və bu işlərdə öz töhfəsini verməyə çalışacaq. Əminəm ki, işçi qrupumuz Kipr türklərinin müasir tarixi ilə bağlı çox vacib bir zamanda öz üzərinə düşən məsuliyətin öhdəsindən layiqincə gələcək” -  Cavanşir Feyziyev qeyd edib.

Şimali Kipr Prezidenti Ersin Tatar İşçi Qrupun yaradılmasından məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevə, Milli Məclisin sədri Səbihə Qafarovaya və bütün deputatlara təşəkkür edib. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz isə  iki qardaş ölkəyə uğurlar diləyib. "Üç dövlət, bir millət deyirik", - o qeyd edib.

 

Modern.az məsələ ilə əlaqədar Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxlayıb.

 

 

Nümayəndəliyin rəhbəri Ufuk Turganer saytımızaa açıqlamasında İşçi Qrupun yaradılmasını yüksək qiymətləndirib.

 

“Azərbaycan Milli Məclisində Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası Dostluq Qrupunun yaradılması ölkəmizdə böyük məmnunluqla qarşılanıb. Qeyd edim ki, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına daxil olması ilə ölkələrimiz arasında əlaqələr xeyli yaxşılaşıb. Dostluq Qrupunun yaradılmasını türk dünyasının ayrılmaz bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında siyasi, iqtisadi, diplomatik və mədəni əlaqələrin inkişafı üçün tarixi addım hesab edirik. Biz qardaş ölkəmiz Azərbaycanla əlaqələrimizə önəm və dəyər veririk", - o qeyd edib.

 

Turganer tarixi qərara görə Prezident İlham Əliyevə, Milli Məclisin Sədri Sahibə Qafarovaya, Milli Məclisin bütün deputatlarına təşəkkür edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir