Modern.az

11 mindən çox məcburi köçkünün aylıq müavinəti dayandırılıb

11 mindən çox məcburi köçkünün aylıq müavinəti dayandırılıb

8 Aprel 2024, 11:04

Ötən il 11 530 məcburi köçkünün vahid aylıq müavinəti dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da qeyd olunub.

 

Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi üçün tələbatın düzgün müəyyənləşdirilməsi istiqamətində işlərə başlanmış, ümumilikdə 11530 nəfər, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi aktiv olan şəxslər, dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növündə xidmət etmiş şəxslər və s. üzrə vahid aylıq müavinətin ödənişi dayandırılıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir