Modern.az

“Kəlbəcər” sözü necə yaranıb? - Adları mübahisə doğuran RAYONLAR

“Kəlbəcər” sözü necə yaranıb? - Adları mübahisə doğuran RAYONLAR

9 Aprel 2024, 15:16

Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini öyrənməyi qərara alıb. Bu dəfə mövzu ilə bağlı növbəti rayon olaraq Kəlbəcəri seçdik. 

"Kəlbəcər" sözünün mənası ilə bağlı bir neçə fərqli izahat mövcuddur. Tədqiqatçılar bu adın mənası ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. 

Əməkdaşımız mövzu ilə bağlı Kəlbəcərin tanınmış ziyalılarının fikrini öyrənib.
 


Deputat Aqil Məmmədov rayonun adının qədim etimologiyaya malik olduğunu vurğulayıb:
 

“Kəlbəcər qədim yaşayış məntəqələrindən biridir. Qayaüstü təsvirlər göstərir ki, bu ərazidə çox qədimdən yaşayış olub. Çoxşəkilli türk əlifbalarından istifadə olunub. 
Kəlbəcərdən keçən Tərtər çayı boyunca böyük qayaüstü mağaralar var. Araşdırmalar nəticəsində bu mağaralardan qədim əl alətləri tapılıb. Bütün bünlara uyğun olaraq Kəlbəcəri “çay üstündə qala” adlandırıblar. Belə təsəvvürlər var. 
Qədim dövrlərdə Kəlbəcərə gediş-gəliş olduqca çətin olub. Rayona gedən çətin yolu "cığır yolu" adlandırıblar. Görünür ki, bunda da bir oxşarlıq var. Belə başa düşürəm ki, "çay üstündə qala" daha dəqiq versiyadır. "Çay üstündə qala" əslində tikilmiş qala deyil, təbii mağaralardır.
Kəlbəcərin adının mənasını “Gəl becər” kimi izah edənlər də  var. Bunda da uyğunluq var. Çünki Kəlbəcərin təbiəti o qədər zəngindir ki, yeraltı, yersütü sərvətləri, bitki örtüyü, meşələri var. Onlardan tibb aləmində istifadə olunub. Rayonumuz minaral bulaqları, suaları ilə zəngindir. Bu baxımdan “Gəl becər” izahatını da uyğun hesab etmək olar.
Hesab edirlər ki, “Çay üstündə qala” və “Gəl becər” mənaları Kəlbəcər adına daha uyğundur. Hər halda ikisi də mənim üçün möhtəşəmdir. Kəlbərcər Qərbdən Azərbaycanın qala qapısı da hesab edilir. Bu tarixdən gəlmiş addır".
 


Sabiq deputat Əlövsət Ağalarov "Kəlbəcər" sözünün izahatı ilə bağlı bəzi versiyaların mənasız olduğunu söyləyib:
 

“Əslində bu suala nisbətən doğru-dürüst cavaı tarixçi alimlər, etnoqraflar verə bilərlər. Kəlbəcərlilərin bu məsələdə ortaq fikri yoxdur. Fikirlər müxtəlifdir. Bizim cavabımız əsasən diletant cavabı olar. Amma mənim bildiyimə, qənaətimə görə, Kəlbəcər "Kevliçer" sözündən törəyib - çayın mənbəyində tikilmiş qala anlamını verir. Ad çox qədim olduğu üçün əsl mənası mübahisəlidir. Müxtəlif mənalara yozulur. Acığı mən onları reallığa uyğun hesab etmirəm. Hətta Kəlbəcər adının “Kərbalayı Həcər”lə bağlı olduğunu deyənlər də var. Guya bu yer Həcər xanımın adı ilə bağlıdır. Məncə bu, boş söhbətdir.  Başqa bir fikir odur ki, “kəl” sözü ərəb sözüdür, guya Kəlbəcərin mənası “it yolu” deməkdir. “Gəl becər” olduğu ilə bağlı da versiya var. Məncə, bu asanlaşdırmaq üçün ortaya atılan bir versiyadır. Boş söhbətdir.
Mənə "Kevliçer" daha uğurlu gəlir. Həmçinin “kev” sözü şumerlərdə də var. Şummerlərdə Kəlbəcərin izi var. Mən çalışacam ki, bunu şumerşünaslarla dəqiqləşdirim. Onu bilirəm ki, "Kəlbəcər" sözü qədim türk adıdır. Çayın mənbəyini götürdüyü yerdə qala mənasını və ya “çay qalası” anlamını verir. Bu mənim inandığım təxmindir. Bu mənanı daha uyğun hesab edirəm”.



Jurnalist Aqil Camal da "Kəlbəcər" adının etimologiyası ilə bağlı müxtəlif fikirlərin olduğunu xatırladıb:
 

“Bunlar hansısa konkret mənbəyə deyil, insanların öz təxəyyülünə, oxşatmasına əsaslanır. 
Mənim uşaqlıqda yaşlı insanlardan, öz nənə-babamdan eşitdiyim məna "Gəl becər"di. Yəni ucqarda yerləşən məhsuldar, kənd təsərrüfatı üçün münbit olan torpaqlara çağırış anlamında. Buna bənzər "kəl becər" forması da səsləndirilib. Eşitdiyim başqa bir yaradıcı versiya isə sözün bölgədə yaşamış “Kərbəlayi Həcər” adlı tanınmış bir xanımın adından götürüldüyü versiyasıdır. Mənim bunlar içərisində üstünlük verdiyim "G(k)əl becər"dir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi