Modern.az

Müəllimlərin əməkhaqları iki dəfə artrılacaq

Müəllimlərin əməkhaqları iki dəfə artrılacaq

25 Oktyabr 2013, 11:33


Azərbaycanda müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqlarının adambaşına düşən ümumdaxili məhsula (ÜDM) nisbəti mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılacaq.

Trend-in məlumatına görə, bu, ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulur. Strategiyaya əsasən, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumdaxili məhsula nisbəti mərhələlərlə 2 dəfəyədək artırılacaq.

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin stimullaşdırılması üün mexanizmlər hazırlanacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi