Modern.az

Azərbaycana dəstək verməyə davam edəcəyik - Yaşar Gülər

Azərbaycana dəstək verməyə davam edəcəyik - Yaşar Gülər

Ölkə

11 Aprel 2024, 12:42

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib.

 

O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi, Azərbaycanın da haqlı mübarizəsinə dəstək verməyə davam edəcək: “Regional və beynəlxalq təhlükəsizliyə, sülhə töhfə verməkdəyik”.

 

Y.Gülər söyləyib ki, Türkiyə Qarabağ probleminin həlli üçün ciddi səylər ortaya qoyub: “Biz, həmçinin Liviyadakı, Ukraynadakı problemlərin həlli üçün də çalışırıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi