Modern.az

Sumqayıtda qeysəriyyə əməliyyatı olunan 26 yaşlı ana Bakıda öldü

Sumqayıtda qeysəriyyə əməliyyatı olunan 26 yaşlı ana Bakıda öldü

25 Oktyabr 2013, 22:11

Mərhum ANS əməkdaşının qardaşının xanımı idi


Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib. Modern.az saytının məlumatına görə, budəfəki bədbəxt hadisə bu gün axşam saatlarında Bakıda yaşanıb. Belə ki, bir həftə öncə Sumqayıtdakı 1 saylı Doğum evinə aparılan 26 yaşlı Pərvinə Hüseynovanın övladını dünyaya gətirməsi üçün üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin Doğum evində onun halı pisləşdiyindən yaxınları P.Hüseynovanı təcili Bakıya - Respublika Kliniki Xəstəxanasına gətiriblər. Amma burada gənc ananı xilas etmək mümkün olmayıb.
Pərvinə Hüseynova təxminən bir saat bundan öncə elə Respublika Kliniki Xəstəxanasındaca dünyasını dəyişib.

Məlumatı Modern.az saytına ANS telekanalının əməkdaşı Afət Telmanqızı verib. Telejurnalist bildirib ki, dünyasını dəyişən  P.Hüseynova onun qardaşının həyat yoldaşıdır.

Mərhum P.Hüseynovanın yaxınları bədbəxt hadisəyə görə həkimləri günahkar bilirlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi