Modern.az

Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA

Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA

15 Aprel 2024, 16:52

Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.

 

Modern.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb: “Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!