Modern.az

Ağdamdakı Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti DAYANDIRILIR

Ağdamdakı Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti DAYANDIRILIR

18 Aprel 2024, 13:18

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.
 

Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:
 

“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”.

 

Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə anlaşma memorandumu imzalayıblar. Mərkəz 2021-ci il yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlayıb.
 

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü