Modern.az

Azərbaycanın növbəti böyük qələbəsi: Qazaxda toy-bayramdır - Rayonun deputatından REAKSİYA

Azərbaycanın növbəti böyük qələbəsi: Qazaxda toy-bayramdır - Rayonun deputatından REAKSİYA

Ölkə

19 Aprel 2024, 18:27

Aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

 

Yollarımız da, Zəngəzur dəhlizi də açılacaq…

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Qazaxdan olan deputatı Səməd Seyidov bildirib ki, hazırda Azərbaycanda Böyük Qələbənin sevinci yaşanır, Qazaxda toy-bayramdır:

 

"Qazaxlılar əmin idilər ki, bu kəndlər azad ediləcək. Hər bir görüş və tədbirdə cənab Prezidentin siyasətinə dəstək verərək onlar kəndlərin qaytarılacağına inandıqlarını vurğulayırdılar. Bu gün həmin tarixi anın şahidiyik. Buna görə də qazaxlılar adından cənab Prezidentə təşəkkürümü bildirir və sevinc hissələrimi çatdırıram. Bunu biz illər boyu gözləyirdik. İki gün bundan qabaq Qazaxın ADA Universitetində Türk dünyasının bizim ailəmiz olduğu barədə konfrans keçirdik. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səfirləri orada iştirak edirdi. İki gün əvvəl şəhidlərin məzarını ziyarət etdik. Orada həytlarını itirənlərin bir qismi indi qaytarılan kəndlər uğrunda gedən döyüşlərdə ermənilər, separatçılar tərəfindən öldürülmüşdü. Orada da əminliyimizi bildirdik ki, bu yaxınlarda haqq-ədalət onsuz da öz yerini tapacaq və bu gün Qazax inkişaf etdiyi kimi həmin kəndlər də inkişaf edəcək. Görürüsünüz, indi həmin tarixi günü yaşayırıq. Ümmumiyyətlə onu deməliyəm ki, cənab Prezident İlham Əliyevin apardığı siyasətə söz tapmaq çətindir. Bu sadəcə möcüzədir. Həm torpaqlarımız işğaldan azad edildi, həm Qarabağ separatçılardan təmizləndi. Eyni zamanda bəzi bədxahlar deyirdilər ki, rus ordusu Qarabağdan çıxmayacaq, rus sülhməramlıları da ərazini tərk etdi. Kəndlər qaytarılmayacaq dedilər, qaytarıldı. Yollarımız da, Zəngəzur dəhlizi də açılacaq. Ümummilli Lider vaxtilə deyirdi ki, Azərbaycan dünyaya günəş kimi saçacaq. Həmin günləri yaşayırıq. Azərbaycanın işğalda olan son kəndlərinin geri qaytarılmasına görə çox sevinirəm. Əminəm ki, bu dəqiqə Qazaxda toy-bayramdır".

 

AŞPA da "Azərbaycan! Azərbaycan!" deməyə başlayacaq…

 

Deputat söyləyib ki, rus qoşunları bölgədən çıxarılıb, AŞPA buna sevinmək əvəzinə, narazılığını bildirir.

 

"Bunların nəyə sevinəcəyindən baş çıxartmaq olmur. Bunlar burada çaxnaşmalar, münaqişələr, qeyri-sabit vəziyyət görsələr, sevinərdilər. Çünki qeyri-sabit vəziyyətdə müdaxilə edib, bizə necə yaşamaq lazımdır öyrədəcəkdilər. İndi özləri Ukrayna məsələsini həll edə bilmirlər. Yaxın Şərqdə biabırçı vəziyyətə düşüblər. Dünyada bu qurumun nüfuzu düşüb. Fransa da öz iç üzünü açıb. Azərbaycan isə apardığı siyasətin təntənəsini görür. Ona görə ki, bizim siyasətimiz ikili standarlara güvənmir. Bizim siyasətimiz haqq-ədalətə əsaslanır. Biz Fransa kimi nekolonial siyasət yürütmürük. Biz yalnız Azərbaycanın bu səviyyədə yüksəlməsini yox, o cümlədən Avropanın Azərbaycana qarşı siyasətinin iflasının şahidiyik. Biz Birinci Qarabağ Müharibəsində faciələr yaşadıq, İkinci Qarabağ Müharibəsində qəhrəman Ordumuz, müzəffər Ali Baş Komandanımız Azərbaycan xalqını qalib xalqa çevirib. Üçüncü müharibə diplomatik müharibə idi. Bu müharibədə də Azərbaycan böyük uğrulara imza atır. COP29-la bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsi, kəndlərin qaytarılması göz qabağındadır. Bir müddət sonra AŞPA da "Azərbaycan! Azərbaycan!" deməyə başlayacaq".                                                                                                                   


Azərbaycanın təklifləri nəzərə alınmazsa, Ermənistanın gələcəyi yoxdur…

 

S.Seyidovun sözlərinə görə, ermənilər çox gözəl başa düşür ki, Azərbaycanın yaratdığı reallığa müqavimət göstərmək, nəinki, gücü yoxdur, onu reallışdırmağa məcburdur:

 

Ona görə də biz deyənlə razılaşırlar və bu proseslər gedir. Bu yaxşı haldır. Konstitusiyalarını dəyişsinlər, kəndləri də qaytarsınlar və normal dövlət qursunlar. Müstəqil olmaq istəyirlərsə, olsunlar. Cənab Prezident demişkən müstəqil olmaq istəyirsən ol, istəmirsənsə, dirəkdən bayrağı endir bük cibinə qoy. Müstəqil olmaq istəyirsə, aparıcı qüvvələrin fikrini, mövqeyini mütləq nəzərə almalısan. Kəndlərin qaytarılması heç də öz başına baş  verən hadisə deyil. Bu, Azərbaycanın apardığı sülh siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın təklifləri nəzərə alınmazsa, Ermənistanın gələcəyi yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir