Modern.az

Paşinyan Qazaxın kəndlərindən danışdı

Paşinyan Qazaxın kəndlərindən danışdı

Ölkə

23 Aprel 2024, 23:36

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hərbi yolla qayıtmaq fikri yoxdur və bunun üçün müharibə etməyi planlaşdırmır.

 

Modern.aa xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur.

 

N.Paşinyan deyib: “Delimitasiya prosesində qəbul edilən qərarlarla bağlı səmimiyyətimizi göstərmişik. Biz qeyd etdik ki, Ermənistan hökuməti öz səlahiyyətləri çərçivəsində insanların Azərbaycan kəndlərində - konkret olaraq indi yaşamadıqları dörd kənddə yaşamaları üçün addımlar atmağa hazırdır. Həmçinin bəyan edirik ki, həmin proses nəticəsində erməni kəndlərində – Bağanis, Voskepar, Kirants, Berkaberdə rahat və təhlükəsiz yaşayış eyni dərəcədə mümkün olmalıdır”, – deyə N.Paşinyan vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər