Modern.az

Sabiq baş pediatr niyə intihar edib? - AÇIQLAMA

Sabiq baş pediatr niyə intihar edib? - AÇIQLAMA

Ölkə

24 Aprel 2024, 17:14

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib. Onun 73 yaşı vardı. Professor Nəsib Quliyev Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri kafedrasında çalışıb.

 

Mətbuatda yayılan iddialara görə, professorun intihar etməsinə səbəb onun ailədaxili problemləri olub. Belə ki, Nəsib Quliyevin bəzi ailə üzvlərini onu tərk edərək Ukraynaya köçüb və bu səbəbdən psixoloji sarsıntı keçirib.

 

Modern.az həkimin çalışdığı kafedranın müdiri Rauf Bəylərovla əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında kafedra müdiri şokda olduğunu bildirib və Nəsib Quliyevin niyə intihar etdiyi barədə məlumatının olmadığını deyib.

 

"Çox yaxşı adam və alim idi. İşdə də heç bir problemi yox idi. Heç vaxt şikayətini eşitməmişik. 2-3 gün qabaq bir yerdə oturmuşduq. Ağsaqqal, professor kimi ona şəraitin yaradılmasına və etimad göstərilib elmi seminarın sədri qoyulmasına görə minnətdarlıq bildirdi. Hər cəhətdən ona müsbət şərait yaradılmışdı. Çox sakit, mülayim adam idi. Mən özüm şokdayam. Necə oldu, nə onu bu dərəcəyə çatdırdı bilmirəm. Bu necə ola bilər?", - deyə o bildirib.

 

Məlumata görə, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb. Keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib. Sözügedən məktub istintaq orqanı tərəfindən götürülüb.

 

Qeyd edək ki, Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub. O, 1994-cü ildən 2021-ci ilə qədər ölkənin baş pediatrı vəzifəsində çalışıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var