Modern.az

Nazirlərin müavinləri - kimi yeni rəhbərini gözləyir, kimi də işdən çıxarılmağını…

Nazirlərin müavinləri - kimi yeni rəhbərini gözləyir, kimi də işdən çıxarılmağını…

31 Oktyabr 2013, 17:02

Azərbaycanın yeni Nazirlər Kabineti formalaşandan sonra mərkəzi icra hakimiyyəti orqanlarında - nazirlik və komitələrdə aparılan kadr dəyişiklikləri ölkə ictimaiyyəti tərəfindən maraqla izlənilir. Müdafiə və Kənd Təsərrüfatı nazirliklərində nazir müavinlərinin işdən çıxarılması, yeni müavinlərin təyinatı da bu sıradan olan proseslərdir.
Qeyd edək ki, prezidentin dünən imzaladığı sərəncamla iki kənd təsərrüfatı nazirinin müavin Aslan Aslanov və Bəhram Əliyev işdən çıxarılıb.

Bu hadisələrlə nazir müavinləri postunda kimlərin əyləşdiyi gündəmə gəlib. Azərbaycanda uzun müddətdir nazir işləyən bəzu məmurları uzun illərdir dəyişməyən müavinləri müşayiət edir. Nazir müavinləri kimlərdir?
Modern.az saytı onların kimliyini təqdim edir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun 5 müavini var. 
General-leytenant Rəfail Mirzəyev fövqəladə hallar nazirinin birinci müavinidir. Nazirin digər müavinləri tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, general-leytenantlar Ragim Lətifov və Orucəli Hacıyevdir.

Xarici işlər naziri Elmar Məmmədyarovun da 5 müavini var. Bunlar Araz Əzimov, Xələf Xələfov, Hafiz Paşayev, Mahmud Məmmədquliyev, Nadir Hüseynovdur.

Bu il oktyabrın 22-də gerçəkləşən yeni təyinatlardan sonra daxili işlər naziri Ramil Usubovun müavinlərinin sayı hələlik 4-dən 3-ə düşüb: polis general-leytenantı Vilayət Eyvazov,  polis general-leytenantı Oruc Zalov, polis general-leytenantı Əsgər Ələkbərov. 4-cü mavin, Daxili Qoşunların komandanı general Zakir Həsənov Müdafiə Nazirliyinə aparıldığından bir yer boşalıb.

Ədliyyə naziri Fikrət Məmmədovun müavinləri 4 nəfərdi. Bunlar Toğrul Musayev, Vilayət Zahirov, Azər Cəfərov, Mədət Quliyevdir.

Maliyyə naziri Samir Şərifovun da 2 müavini var – 1-ci müavin İlqar Fətizadə, müavin Azər Bayramov.

Vergilər Nazirliyində 4 müavin postu var. Onlardan biri nazir Fazil Məmmədovun 1-ci müavinidir 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov.
Nazirin qalan 3 müavini 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Namiq Əliyev, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərovdur.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin 2 müavini var – biri kişi, digər qadındır. Bunlar Niyazi Səfərov və Sevinc Həsənovadır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da müavini 2 nəfərdir - İlqar Rəhimov və Natiq Məmmədov.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 3 müavin postu var. Nazir Hüseynqulu Bağırovun müavinləri Firdovsi Əliyev, Novruz Quliyev və Rauf Hacıyevdir.

Təhsil naziri Mikayıl Cabbarovun 1 müavini var – Ceyhun Bayramov. Bu nazirlikdə iki nazir müavini yeri boşdur. Xatırlayırsınızsa keçmiş nazir Misir Mərdanovun 3 müavini var idi.

Səhiyyə naziri Oqtay Şirəliyevin 3 mavinindən 2-si kişi, 1-i qadındır. Bunlar Abbas Vəlibəyov, Nigar Əliyeva və Elsevər Ağayevdir.

Rabitə və İnformasiya Texnologiya Nazirliyində 2 müavin postu var. Nazir Əli Abbasovun müavinlər İltimas Məmmədov, Elmir Vəlizadədir.

Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Aydın Əliyevin 4 müavini var. Gömrük xidməti general-leytenantı Səfər Mehdiyev komitəsi sədrinin 1-ci müavinidir.  Gömrük xidməti general-leytenantları Əsgər Abdullayev, Rza Həsənəliyev və Nazim Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavinləridir.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin bu ilin əvvəlindək 2 mavini var idi. 2013-cü ilin yanvarından isə müavinlərin sayı 3 olub: 1-ci müavin Həmid Bağırov, müavinlər Rauf Səlimov və Yusif Yusifov.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 2 müavini var: Rüstəm Şahbazov və Rafiq Cəlilov.

Baş prokuror Zakir Qaralovun 1-ci müavini l dərəcəli dovlət ədliyyə müşaviri Rüstəm Usubovdur. Ondan başqa Baş pokurorun 2 müavini də var: II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov, ədliyyə general-leytenantı Xanlar Vəliyev. X.Vəliyev həm də respublikanın hərbi prokurorudur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin 1 müavini var – Namiq Babayev.

Kənd Təsərrüfatı naziri Heydər Əsədovun hələlik 1 müavini var – İlham Quliyev. Nazirin digər iki müavini Aslan Aslanov və Bəhram Əliyev dünən işdən çıxarılıblar. Deməli yaxın vaxtlarda bu nazirlikdə 2 yeni müavin təyinatı baş verəcək.

Dövlət Torpaq və Xəriçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 1 müavini var. Bu, 2003-cü ilin martından həmin vəsifədə işləyən Azad Nağıyevdir.

Dövlət Sosial Müdafiə Fondunda sədr yeri boşdur. Səlim Müslümov sədrlikdən gedib. İndi müavinlər Elman Mehdiyev və Zakir Babayev yeni sədrin gəlişini gözləyirlər.

Gənclər və idman naziri Azad Rəhimovun 2 mavini var – İntiqam Babayev və İsmayıl İsmayılov.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun 2 müavini var. Bunlar Gəray Fərhadov və Fuad Hüseynovdur.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlıya da 2 müavin kömək edir: Comərd Əliyev və İlqar Muradov.

Müdafiə sənayesi naziri Yavər Camalovun da müavinlərinin sayı 2 nəfərdir: Yəhya Musayev və Tofiq Rəfiyev.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə 4 müavini kömək edir: 1-ci müavin Vaqif Əliyev, müavinlər Ədalət Vəliyev, Sevda Məmmədəliyeva, Nazim Səmədov.

Nəqliyyat naziri Ziya Məmmədovun 1 müavini var – Musa Pənahov.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın 2 müavinindən biri Sədaqət Qəhrəmanova, digəri Aynur Sofiyevadır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun 2 müavini var.  Sədrin 1-ci müavini Səyyad Salahlı və müavini Gündüz İsmayılov.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da 2 müavini var. 1-ci müavin Valeh Hacıyev, müavin Abutalıb Səmədov.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi