Modern.az

Azərbaycanda "Analar günü" qeyd olunsun!

Azərbaycanda

Ölkə

4 May 2024, 10:06

Azərbaycanda "Analar Günü"nün təsis edilməsi barədə müzakirələr gedir. Bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  çıxış edib.

 

O bildirib ki, Azərbaycanda "Analar Günü"nün tənzimlənməsi məsələsinə baxıla bilər. Komitə sədri vurğulayıb ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:

 

"Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik".

 

 

Məsələ ilə bağlı Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki,  “Analar günü” nün təsis edilməsi doğurdan da çox vacibdir:

 

“Türkiyədə “Analar günü”  milli bayram günü kimi qeyd olunur. Niyə bizdə də olmasın? Azərbaycan xalqının dəyərlərində ana müqəddəs varlıqdır. “Analar günü” mütləq olmalıdır. Gözəl təklifdir, dəstəkləyirəm. Məncə, biz bərabərlikdən danışırıqsa, “Analar günü” təsis edilərsə, “Atalar günü” də olmalıdır. Təklif edirəm ki, “Atalar günü” də təsis olunsun.  Bunun da vacib əhəmiyyəti var. Atalar öz məsuliyyətlərini başa düşsünlər. Bu günlər qeyri-iş günləri olmalı, istirahət günü də elan edilməlidir".


“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu təklifi dəstəkləyir:

 

 

“Anaların  diqqətdə saxlanılmasına yönələn bu günü xüsusi qeyd etmək olar. Həm anaların əhəmiyyətinə həm də, analıq məsuliyyətini xatırladan önəmi var. Buna görə lazımlıdır.  Eyni zamanda ananın valideyinlik  hüququ var. Valideynlik məsuliyyəti, öhdəliyi hallarını diqqətdə saxlamaq  lazımdır. Bizdə gözəl övladlar böyüdən analar var. Təbii ki, bir günlə onların övlad üçün etdiklərinin əvəzini ödəmək mümkün deyil. Ancaq xüsusi hiss etdirmək olar. “Analar günü”nü  Türkiyədə olduğu kimi qeyd etmək lazımdır. Son vaxtlar 8 mart çox tənqid olunur. Milli bayramlarımız daha yaxşı qarşılanır. Biz kimisə kopyalamaq yox, özümüz  öz milli bayramlarımızı,  tarixi günlərimizi qeyd etməliyik.  Ancaq  hələki 8 mart gündəmdədir. Xüsusən bu gün qeyri-iş günüdür. Buna baxmayaraq, tədricən təqvimi dəyişmək, milliliyi əks etdirən günləri təqvimə gətirmək olar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi