Modern.az

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

7 May 2024, 08:24

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri sürətli şəkildə həyata keçirilir. Yeni layihələr icra olunur.

 

Modern.az-ın məlumatına görə, bu barədə görüntülər AzTV-də yayımlanıb.

 

Onlardan biri də Horadiz-Ağbənd dəmir yolu xəttidir.

 

Hazırda işlər mərhələli şəkildə davam edir.

 

Qeyd edək ki, 2021-ci ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir.

 

Layihə çərçivəsində doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), üç ədəd tunel, 41 ədəd körpü, üç ədəd qalereya, yeddi ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

 

Ətraflı aşağıdakı süjetdə:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir