Modern.az

Elmar Məmmədyarovun kitabı çıxacaq

Elmar Məmmədyarovun kitabı çıxacaq

Ölkə

7 May 2024, 17:40

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun kitabı çap olunacaq.

 

Bu barədə Modern.az-a onun özü məlumat verib.

 

Elmar Məmmədyarov bildirib ki, kitab nazir olduğu müddət verdiyi müsahibə və açıqlamaların məcmusu olacaq:

 

"Sabah nəşriyyatla görüşməyi planlaşdırıram. Kitab təqdimatı ilə bağlı bir neçə gün sonra dəqiq məlumat deyə bilərəm. 16 il mən nazir olarkən xaricdə və Azərbaycanda çıxışlarım, müsahibələrim olub. Bütün bunları mən bir kitabda toplamışam. Kitab 3500 səhifədən ibarət oldu. İndi onu kəsmək lazımdır. Bu məsələni sabah nəşriyyatla danışacağam".

 

Eks-nazir çıxış və müsahibələrinin orjinal dildə veriləcəyini söyləyib:

 

"Kitabda müsahibələrim, çıxışlarım orjinal dildə veriləcək. Azərbaycan, rus, ingilis, alman, italyan və başqa dillərdəki çıxışlarım, müsahibələrim olacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi