Modern.az

Cavanşir körpüsü ilə bağlı yaxın günlərdə qərar veriləcək - Rəsmi AÇIQLAMA

Cavanşir körpüsü ilə bağlı yaxın günlərdə qərar veriləcək - Rəsmi AÇIQLAMA

Ölkə

10 May 2024, 15:13

Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi ilə bağlı müzakirələr aparılır. Ötən il körpüdə Böyük Britaniyanın müvafiq şirkəti tərəfindən testlər aparılıb. Aparılan testlərdən sonra belə bir qənaətə gəlindi ki, Cavanşir körpüsünün sökülməsinə ehtiyac var. 


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında bildirib ki, hazırda körpünün sökülməsi gündəmdədir və bu barədə müzakirələr davam edir.

 

"Yəqin ki, yaxın günlərdə bununla bağlı qərar veriləcək", - o vurğulayıb

 

Qeyd edək ki, Cavanşir körpüsü paytaxtın Xətai rayonunda Afiyəddin Cəlilov ilə Üzeyir Hacıbəyli küçələrini birləşdirir. Uzunluğu 202 metr, eni 17 metr olan körpü 12 aşırımlıdır. Bir zamanlar Bakı Dəniz Limanı bu ərazidə yerləşdiyi üçün körpünün altından dəmir yolu keçirdi, amma Limanın Ələtə köçürülməsindən sonra bu dəmir yolu istifadəsiz qalıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ