Modern.az

"Bilmirsən din xadimidir, yoxsa hərbçi" - Alban icmasından Qalstanyana CAVAB

Ölkə

10 May 2024, 17:12

Son günlər Ermənistanda din adamları Baş nazir Nikol Paşinayana qarşı siyasi proseslərə başlayıb. İrəvanda keçirilən mitinqlərə arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edir.

 

O, Qazaxın 4 kəndinin qaytarılmasına qarşı çıxır, revanşistləri dəstəkləyir, insanları müharibəyə çağırır.

 

Alban-udi icmasının sədri Robert Mobili Modern.az-a açıqlamasında erməni arxiyepiskopun hərəkətlərini qınayıb.

 

O bildirib ki, din adamı insanları müharibəyə yox, sülhə çağırmalıdır:

 

"Din xadimi heç vaxt silah qaldırmamalı, öz icmasını müharibəyə səsləməməlidir. Qalstanyan baxırsan, bilmirsən, bu, din xadimidir, yoxsa hərbçi. Mən buna çox təəssüf edirəm. Din xadimi bu işə qarışmamalıdır. Bizim şeyx həzərətləri görüşlər zamanı din xadimlərinin müharibəyə çağırmamasının lazım olduğunu deyib. Amma Ermənistanda əksinədir. Revanşistlərin bayrağını birinci qaldıran erməni din xadimləridir. Bu gün sabah sülh sazişi hazırlanır, amma erməni din xadimləri revanşist qüvvələri Azərbyacana qarşı müharibəyə çağırır, qarışıqlıq salır. Özü də biri var ki, aşağı rütbəli din xadimi, keşişlər olsun, biri də var Arxiyepiskop.  Dini icmanın sədri kimi bunu təbii ki, pisləyirəm. Xaricdəki tədbirlərdə də mən imkan daxilində bu məsələni qaldırıram. Din  xadimi həmişə sülhə çağırmalıdır, müharibəyə yox".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ