Modern.az

Ceyhun Bayramovun ATƏT-in sədri ilə geniş tərkibdə görüşü keçirilib

Ceyhun Bayramovun ATƏT-in sədri ilə geniş tərkibdə görüşü keçirilib

14 May 2024, 12:04

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü geniş tərkibdə davam edib.

 

Modern.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini, bu il ATƏT-ə sədrliyin prioritetlərini, təşkilatın üzləşdiyi çətinlikləri, Azərbaycanla ATƏT arasında əməkdaşlığı, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarını, həmçinin regionda postmünaqişə dövründə vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir