Modern.az

Ramin Hacılıdan Hafiz Hacıyevə XƏBƏRDARLIQ: "Mən karate ilə məşğul olmuşam, gəncləri qırğına verməsin"

Ramin Hacılıdan Hafiz Hacıyevə XƏBƏRDARLIQ: "Mən karate ilə məşğul olmuşam, gəncləri qırğına verməsin"

5 Noyabr 2013, 18:03


“Hafiz Hacıyev kimilərin qarşısından qorxub qaçan deyilik”. Bunu Modern.az-a Azərbaycan-Avropa Hərəkatının (AAH) rəhbəri Ramin Hacılı deyib. O, Ermənistana səfərinin Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tərəfindən sərt qarşılanmasına münasibət bildirərkən deyib ki, H. Hacıyevə yalnız gülməli cavab vermək olar:

“Bizim mübarizəmiz Azərbaycanın və azərbaycanlıların dünyada sivil olduğunu göstərməkdir. Hafiz Hacıyevə yalnız bir şey demək istəyirəm, mən karate ilə məşğul olmuşam, yəni gəncləri qırğına verməsin”.

R.Hacılı Ermənistana səfərinin ictimaiyyət tərəfindən müsbət qarşılandığını deyib: “Hətta mən bu cür gözləmirdim. Hazırda ölkədə tolerantlıq anlamında böyük inkişaf var. Bütün ciddi, cəmiyyətdə sayılıb-seçilən adamlar mənim bu addımımı təqdir edirlər.  O ki qaldı cəmiyyətdə hansısa gənclərin emosional reaksiyalarına, bu da  təbiidir. Həyatda ciddi uğurlara nail olmayanlar da bu addımıma mənfi reaksiyalar verirlər”.

Xatırladaq ki, Hafiz Hacıyev mətbuata açıqlamasında Ramin Hacılını Ermənistana getdiyinə görə  döydürəcəyini deyib.

İlkin PİRƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi