Modern.az

Komitədən 25 min köçkünün "çörəkpulu"nun kəsilməsi iddiasına REAKSİYA

Komitədən 25 min köçkünün

Ölkə

16 May 2024, 11:18

Bir qrup məcburi köçkünə verilən aylıq sosial müavinətlərin dayandırılması barədə iddialar yayılıb. Məlumata görə, Füzuli rayonunun Horadiz qəsəbəsində “çörəkpulu” deyilən sosial müavinətin verilməsi may ayından etibarən dayandırılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Yeni Sabah"a rayon sakinləri məlumat verib.

 

Bildirilir ki, bu qərar Füzuli rayonunun işğal altında olmayan ərazilərinin sakinlərinə şamil edilib. Sosial müavinəti kəsilən keçmiş məcburi köçkünlərin sayının 25 min nəfər olduğu bildirilib. Onlar hazırda Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində yaşayırlar.

 

Məsələni dəqiqləşdirmək üçün Modern.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət edib.

 

Qurumun mətbuat katibi İbrahim Mirzəyev saytımıza açıqlamasında bildirib ki, hazırda sözügedən məsələ istiqamətində araşdırma aparılır.

 

"Araşdırmalarını yekunu barədə mətbuata məlumat veriləcək", - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi