Modern.az

Ədalət Vəliyevlə görüşə gedən partiya nümayəndələrinin FOTOSU + SİYAHI

Ədalət Vəliyevlə görüşə gedən partiya nümayəndələrinin FOTOSU + SİYAHI

Ölkə

17 May 2024, 16:28

Xəbər verdiyimiz kimi, mayın 16-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri bir araya gətirilib. 

Modern.az xəbər verir ki, “Hilton” otelinin konfrans zalında keçirilən toplantıda dövlət qeydiyyatına alınmış 26 siyasi partiyadan 25-nin nümayəndəsi iştirak edib.

Prezident Admnistrasiyası əməkdaşlarından əlavə, tədbirə Ədliyyə və Maliyyə nazirliklərinin, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının məsul işçiləri də qatılıblar.

Tədbir 16 dekabr 2022-ci ildə qəbul olunan yeni “Siyasi partiyalar haqqında” qanunun tətbiqində ortaya çıxan məsələlərin müzakirəsi üçün təşkil edilib.

Tədbirin yekununda toplantı iştirakçıları şəkil çəkdiriblər. Qeyd edək ki, toplantıda yalnız AXCP təmsil olunmayıb.

Modern.az fotonu təqdim edir:


Şəkildə soldan sağa: Fərəc Quliyev (Milli Dirçəliş Hərəkatı Partiyasının sədri); Pənah Hüseyn (Azərbaycan Xalq Partiyasının sədri); Elşad Musayev (Böyük Azərbaycan Partiyasının sədri); Fəzail Ağamalı (Ana Vətən Partiyasının sədri); Tural Abbaslı (Ağ Partiyanın sədri); Tahir Budaqov (Yeni Azərbaycan Partiyasının müavini); Tahir Kərimli (Vəhdət Partiyasının sədri); Əli İnsanov (Haqq Ədalət Partiyasının sədri); Hafiz Hacıyev (Müasir Müsavat Partiyasının sədri); Ədalət Vəliyev (Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri); İqbal Ağazadə (Ümid Partiyasının sədri); Sabir Rüstəmxanlı (Vətəndaş Həmrəyliyi Partiyasının sədri); Qüdrət Həsənquliyev (Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri); Arzuxan Əlizadə (Azərbaycan Milli İstiqlal Partiyasının sədri); Asim Mollazadə (Demokratik İslahatlar Partiyasının sədri); Ağasif Şakiroğlu (Gələcək Azərbaycan Partiyasının sədri); Mirmahmud Mirəlioğlu (Klassik Xalq Cəbhəsi Partiyasının sədri); Musa Ağayev (Yeni Zaman Partiyasının sədri); Akif Nağı (Azad Vətən Partiyasının sədri); Mütəllim Rəhimli (Ədalət Partiyasının sədr müavini); Elxan Şükürlü (Ədalət Partiyasının sədr müavini); İlqar Məmmədov (Respublikaçı Alternativ Partiyasının sədri).

Qeyd: Fotoda tədbirdə iştirak etmiş Müsavat başqanının müavini Razim Əmiraslanlı və İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev və Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev yoxdur.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi