Modern.az

Azərbaycanın Türkiyəyə təyin etdiyi yeni hərbi attaşe KİMDİR...

Azərbaycanın Türkiyəyə təyin etdiyi yeni hərbi attaşe KİMDİR...

Ölkə

17 May 2024, 16:39

Azərbaycan Türkiyəyə yeni hərbi attaşe təyin edib.

 

Modern.az xəbər verir ki, bu vəzifə general-mayor Zaur Zeynalova tapşırılıb.

 

"Unikal"ın məlumatına görə, o, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə bu vəzifəyə gətirilib.

 

Zaur Zeynalova 1975-ci ildə Salyan rayonunda anadan olub. Aprel döyüşləri və İkinci Qarabağ müharibəsində iştirak edib. Ona  Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Zeynalova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib. O, Quru Qoşunları Komandanının müavini vəzifəsini icra edirdi.

 

Xatırladaq ki, Azərbaycanın Türkiyədəki sabiq hərbi attaşesi Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi