Modern.az

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Türkiyəli nazir AÇIQLADI

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Türkiyəli nazir AÇIQLADI

18 May 2024, 13:13

Zəngəzur dəhlizi 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacaq.

 

Modern.az xəbər verir ki, bunu “TGRT Haber” kanalına müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib.

 

O bildirib ki, dəmir yolu xəttinin əsas hissəsini təşkil edən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Qars və İğdırı birləşdirəcək hissəsinin inşasına bu ilin sonundan start veriləcək.

 

Ursloğlunun sözlərinə görə, yolun Naxçıvanla Zəngilanı birləşdirəcək sektorunun inşasının bir neçə ilə tamamlanacağı planlaşdırılır.

 

O, sözügedən nəqliyyat marşrutunun Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafı baxımından böyük önəm daşıdığını vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zakir Fərəcovun 3 milyonluq borcu -iş adamlarına hədə-qorxu gəlinir