Modern.az

Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı

Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı

Ölkə

19 May 2024, 16:42

Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb.

 

Modern.az xəbər verir ki, son günlər yağan güclü leysandan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

 

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

 

Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi