Modern.az

Ordumuzun hərbi geyim formalarında YENİLİK

Ordumuzun hərbi geyim formalarında YENİLİK

20 May 2024, 10:53

Son dövrlər Müdafiə Nazirliyi tərəfindən paylaşılan görüntülərdə hərbçilərimizin geyim formalarında dəyişiklik müşahidə edilib.

 

Görüntülərdə bəzi hərbçilərin kamuflyajlarında yaşılın fərqli tonundan istifadə edildiyi görünür.


Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev sözügedən dəyişikliyin səbəbini belə izah edib:

 

"Azərbaycan Ordusu Vətən Müharibəsində və ondan sonrakı əməliyyatlarda olduqca mühüm nailiyyətlər qazandı. Bu nailiyyətlərdən sonra Ordumuzun döyüş mövqeləri yüksək dağlıq və kifayət qədər sıx yaşıllıq ərazilərdə yerləşir. Bu da Azərbaycan Ordusunun hərbi kamuflajında rəng dəyişikliklərini zəruri edirdi. Bir sözlə, Ordumuzun geyim formasının rəng çalarları vəzifələr icra etdiyi ərazilərin rəngi ilə həmahəng olmalı idi. Azərbaycan tərəfi belə bir addımı atmaqla mövcud çatışmazlığı qısa bir vaxtda aradan qaldırmış oldu".

1349257

Hərbi ekspert hərbi formada edilən digər dəyişikliklərdən də danışıb:

 

"Səhra geyim dəstinə əlavə olaraq, Azərbaycan Ordusunun hərbi qulluqçularına səhra şalvarı və səhra köynəyi də verilib. Geyim dəsti bir çox dəyişikliklərə məruz qalıb. Onların ölçülərinin hərbiçilərin bədəninə uyğunlaşdırılması üçün əlavə imkanlar yaradılıb. Ciblərin yeri daha uyğun şəkildə tikilib. Verilən bütün geyim və səhra dəstləri eyni rəngdədir. Digər tərəfdən materialın keyfiyyətində də müsbət dəyişikliklər əldə olunub. Əvvəlki geyimlərin yalnız 50 faizi pambıq, 50 faizi politilen idisə, indi geyimlərin 65 faizi pampıq, 35 faizi politlendir. Əlavə olaraq hərbi geyim dəstinin şalvarında açılıb-qapana bilən ciblər də mövcuddur".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi