Modern.az

Azərbaycanda erkən evliliklər artıb - Ən çox bu RAYONLARDADIR

Azərbaycanda erkən evliliklər artıb - Ən çox bu RAYONLARDADIR

20 May 2024, 14:56

Azərbaycanda ötən il qarşısı alınan erkən evliliklərin sayı açıqlanıb. 


Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib. 


Məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022-ci idə 269) erkən evliliyin qarşısı alınıb. 

 

Gədəbəy 29, Lənkəran 22, Abşeron 16, Şabran 15 rayonlarında erkən evlilik cəhdləri olub, qarşısı alınıb. Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 233 (2022-ci ildə 271) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.


Hesabatda bildirilir ki, Qarabağ (64 erkən evlilik) və Mərkəzi Aran (30 erkən evlilik) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. 


2022-ci ildə Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonlarında erkən evliliyə daha çox meyl olmuşdu. Xüsusilə Bərdə (26), Biləsuvar (21), Ağcabədi (20) və Yevlax (15) rayonlarında nikah yaşının 1 il azaldılmasına daha çox razılıq verilib. 


Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətləri tərəfindən (Babək, Culfa və Sədərək Rayon) ümumilikdə 7 nəfərə nikah yaşının azaldılması ilə bağlı icazə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?