Modern.az

Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

Ölkə

20 May 2024, 15:09

18 yaşadək nikaha daxil olma ilə bağlı tətbiq edilən istisnanın ləğv edilməsi təklif edilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib. 

 

Bundan əlavə, erkən nikahhallarının qarşısının alınması üçün mövcud cəza tədbirlərinin tətbiq olunması, xüsusilə sosial cəhətdən əlverişsiz ailələrdə qızların təhsilinə dəstək üçün sosial tədbirlərin gücləndirilməsi, erkən nikah halları və erkən nikahların fəsadları haqqında geniş məlumatlandırma tədbirlərinin genişləndirilməsi təklif edilir.

 

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq nikah yaşı 18-dir. Qanuna görə, xüsusi hallar olarsa, nikah yaşı 17-yə endirilə bilər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi