Modern.az

Evdə doğuş aparan şəxslər cəzalandırılsın! - TƏKLİF

Evdə doğuş aparan şəxslər cəzalandırılsın! - TƏKLİF

Ölkə

20 May 2024, 15:01

Evdə doğuş aparan şəxslər, tibb işçiləri üçün cəza tədbirlərinin müəyyən edilməsi təklif olunur.

 

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib. 

 

Dövlət Komitəsi təcili tibbi yardıma xəbər vermədən, yaxud, bu halı mütəmadi olaraq həyata keçirən (iş xarakterli) evdə doğuş aparan şəxslər/tibb işçiləri üçün cəza tədbirlərinin müəyyən edilməsini vacib sayıb.

 

Təkliflər sırasında ev və stasionardan kənarda baş verən doğuşlarda sənədləşmə qaydalarına dair təlimatın hazırlanması və tətbiqi, Səhiyyə Nazirliyinin Statistika İdarəsi tərəfindən ev doğuşları və stasionardan kənar doğuşların anaların yaş qrupları üzrə bölgüsünün aparılması, uşaq evlilikləri, eləcə də ev doğuşları ilə bağlı tədqiqatların aparılması, xüsusi metodika əsasında yayılma göstəricilərinin müəyyən edilməsi də yer alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi