Modern.az

Azərbaycanda abortların sayı 16 min artıb - Dəhşətli STATİSTİKA

Azərbaycanda abortların sayı 16 min artıb - Dəhşətli STATİSTİKA

20 May 2024, 15:06

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən il üzrə doğumu qeydə alınmış 112 620 nəfərdən 59 814 ü oğlan, 52 806 sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.

 

Modern.az-ın məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.


Statistikaya görə, ötən il Azərbaycanda 73 816 abort qeydə alınıb. Abortların sayı 2021‑ci ildə 46877, 2022‑ci ildə 57999 olub. 15‑49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olmuşdur.


Dünyada ən aktual problemlərdən olan abortlara münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortun tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. Azərbaycanda da abortlar problem olaraq qalmaqdadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?