Modern.az

İlham  Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

İlham  Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Ölkə

20 May 2024, 17:00

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

 

Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi