Modern.az

Prezident Administrasiyasına yeni şöbə müdiri TƏYİN EDİLDİ

Prezident Administrasiyasına yeni şöbə müdiri TƏYİN EDİLDİ

Ölkə

22 May 2024, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.

 

Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi