Modern.az

Azərbaycandakı işsizlərin rəsmi sayı AÇIQLANDI

Azərbaycandakı işsizlərin rəsmi sayı AÇIQLANDI

Ölkə

22 May 2024, 17:50

2024-cü il aprel ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin ümumi sayı açıqlanıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü il aprel ayının 1-nə Azərbaycan Respublikasında 209 783 işsiz şəxs rəsmi qeydiyyata alınıb.

Onlardan  işsizlikdən sığorta ödənişi alanların sayı 3 046 nəfər təşkil edib.

Rəsmi məlumatda Bakı şəhərində qeydiyyata alınmış işsiz şəxslərin sayının 39 289 nəfər olduğu göstərilib.

Naxçıvan Muxtar Respublikasında bu rəqəm 5 087 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi