Modern.az

Əfv Komissiyasının iclasları başa çatdı - 700-dən çox müraciətə baxılıb

Əfv Komissiyasının iclasları başa çatdı - 700-dən çox müraciətə baxılıb

Ölkə

22 May 2024, 18:08

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

 

İclasda 100-dən artıq müraciətə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ə çatıb.

 

Bununla da komissiyanın iclasları baş çatıb, baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada Prezidentə təqdim olunacaq.

 

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi