Modern.az

\"80 manatlıq veteran pulunun artırılması məsələsinə baxıla bilər\"

\

24 May 2024, 14:52

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında veteranlara verilən müavinətin artırılması məsələsi gündəmə gətirilib.

 

Modern.az-ın məlumatına görə, bir neçə deputat 80 manatlıq müavinətin artırılmalı olduğunu bildirib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sözügedən təkliflərə münasibət bildirib.

 

"Milli Məclisdə müharibə veteranlarına verilən müavinətin artırılması məsələsini qaldırılmışdı. Sosial ödənişlərə baxılarsa, bu məsələyə də baxıla bilər. Bu barədə qərar olarsa, sizinlə müzakirə edəcəyik", - deyə nazir müavini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu