Modern.az

Qazaxın kəndlərini Prezidentə məruzə edən general KİMDİR...

Qazaxın kəndlərini Prezidentə məruzə edən general KİMDİR...

24 May 2024, 15:52

Qazax rayonunun nəzarətə götürülən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) həbçiləri Qazaxın kəndlərindən Prezident İlham Əliyevə məruzə edib.

 

Modern.az-ın məlumatına görə, Prezidentə məruzə edən hərbçimiz DSX Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanovdur.

 

Vüsal Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsinin iştirakçısı olan hərbçimiz 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medal, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

O, müharibə zamanı Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Vətən müharibəsi dövründə polkovnik rütbəsi daşıyan Sultanov 2021-ci ilin iyulun 17-də Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini - qərargah rəisi təyin edilib. Ona 2022-ci ilin avqust ayında "general-mayor" ali hərbi rütbəsi verilib.

 

2023-cü ilin iyun ayında isə DSX-də Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.

 

General-mayor Sultanov "Hərbi xidmətlərə görə" medalı, "İgidliyə görə" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

 

 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!