Modern.az

ICESCO-nun davamlı dəstəyinə əmin ola bilərsiniz - Baş katib

ICESCO-nun davamlı dəstəyinə əmin ola bilərsiniz - Baş katib

Ölkə

25 May 2024, 13:50

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda yazılıb:

 

"Zati-aliləri.

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf hissi duyuram.

 

ICESCO üzv ölkələrlə qəti birlik nümayiş etdirərək xalqınızın bu əlamətdar günündə sevincinizə şərik olduğunu xüsusi vurğulayır.


Biz Sizinlə və xalqınızla birlikdə bu əziz bayramı qeyd edirik.

 

Bu gün olduğu kimi, gələcək illərdə də ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.

 

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı