Modern.az

“İyunda qızılın qiymətində müəyyən azalmalar gözlənilir”

“İyunda qızılın qiymətində müəyyən azalmalar gözlənilir”

Ölkə

3 May 2010, 17:54

Dünya bazarında qızılın qiyməti qalxıb. Belə ki, hazırda birjalarda qiymətli metalın 1 unsiyası 1180 dollara çatıb. Təkcə son bir ayda qiymətli metal 80 dollar (7 faiz) bahalaşıb. Bir ildə bu rəqəm 278 dollar, 5 ildə 752 dollar tışkil edib. Onu da nəzərə çatdıraq ki, hələ ötən ilin ortalarından  analitiklər 2010-cu ilin ilk rübündə qızılın 1 400 dollaradək bahalaşacağını proqnozlaşdırırdılar.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki,qızılın qiymətinin yüksəlməsi bir sıra ölkələrin öz valyuta ehtiyatlarını qızıl formasında saxlamağa üstünlük verməsi ilə bağlıdır. Bu sırada söhbət yalnız inkişaf etməkdə olan ölkələrdən deyil, inkişaf etmiş ölkələrdən də gedir. Hansıki, nəticədə dünya bazarında qızıla olan tələbat artıb. Ekspertin sözlərinə görə, qızıla olan tələbatın artmasının, investorların qızıla müraciət etməsinin digər  səbəbi də dünya valyuta bazarında müşahidə edilən qeyri-stabillikdir. Situasiya investorların daha çox qızıla inanmasına və ya investisiya yönəltməsinə gətirib çıxarıb: “Xüsusən son vaxtlar avronun məzənnəsinin dəyişməsi, aşağı düşməsi valyuta bazarında qeyri sabitlik yaradıb.Baxmayaraq,  qızıl dollarla satılır bu investorlar arasında dolların məzənnəsinin dəyişəcəyi ilə bağlı narahatçılığın yaranmasına gətirib çıxarıb”.

V.Bayramov qeyd edir ki, ilk baxışda avronun məzənnəsinin  aşağı düşməsi müşahidə edilsə də əslində investorların valyuta bazarına   münasibəti və inamı  da dəyişib: ”Qızılın qıymətinin yüksəlməsinə təsir edən digər amil Hindistanda mövsümi olaraq qızıla təlabatın artmasıdır. Nəzərə alsaq ki, Hindistan qızıl istehlakına görə dünyanın 3 böyük ölkəsindən biridir,  orada qızıl istehlakının artması dünya bazarında təlabatın artımına səbəb olub. Tələb təklifin yüksəlməsi qiymət artımlarını şərtləndirib. O baxımdan qızılın qıymətinin artması dünya dazarında qızıla olan təlabatın artması ilə bağlıdır”. Azərbaycanın da  qızıl hasil etməyə başladığını xatırladan iqtisadçının rəyinə görə, qızılın qiymətinin aqrtması ölkədə qızıl hasilatının daha rentabelli olmasına səbəb olacaq.  

Bununla belə iqtisadçı Azərbaycanda qızıl hasilatının yüksək olmadığını deyir: ”Qızıl hasilatı dövlət gəlirlərinin əhəmiyyətli rola malik deyil. Eyni zamanda Azərbaycanda hasil edilən qızıl emal edilmir. Xammal şəklində satılır. O baxımdan xammal şəklində qızılın satışı daha çox fyuçə müqavilələrinə əsasən həyata keçirilir. Müqavilələrdə qiymətlər əvvəlcədən müəyyənləşdirilir.Dünya bazarında qızılın qiymətinin artması ilə bağlı baş verənlər dövlət gəlirlərinə təsir göstərmir”.

Mütəxəssis  dünya bazarında qızlın bahalaşması tendensiyasının uzun müddət davam edəcəyinin gözlənilmədiyini söyləyir: ”Güman edilir ki, may ayının sonuna qədər qızılın qıymətində artımlar davam edəcək. May ayının sonunda qızılın qiyməti ilə bağlı stabilləşmə müşahidə ediləcək. Bu da onunla bağlıdır ki, Hindistanda qızıla olan təlabatın artması mövsümi xarakter daşıyır. May ayının sonunda tələbatın, o cümlədən istehlakın azalması baş verəcək. Digər məqam öz rezervlətinin qızıla dəyişilməsi, rezervlərinin bir qisminin qızılla saxlanılması tendensiyasının ayın sonunadək başa çatacağının gözlənilməsidir.Mayın sonlarında bu proses bazara əhəmiyyətli təsirə malik olmayacaq. Başqa tərəfdən, artıq Yunanıstan Avropa Birliyi və  Beynəlxalq Valyuta Fonduna yardımların alınması  yönündə razılıq əldə edib. Bu o deməkdir ki, ayın sonuna qədər valyuta bazarında stabilləşmə qeydə alınacaq”.  

V.Bayramov  iyun ayından qızılın qiymətində müəyyən azalmaların  gözlənildiyi qənaətindədir: “Ekspertlərin və müşahidəçilərin gəldiyi qənaətə əsasən qızılın qiymətindəki artımlar təbii təsirlərə malik olsa da bu artımlarda spekulyativ amillər-  süni artımlar  da rol oynayır. Qızıl bazarında olan investorların daha çox gəlir əldə etmək istəkləri  ilə əlaqədardır”. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi