Modern.az

Məzahir Pənahov ən yaşlı seçicilərin adlarını ELAN ETDİ

Məzahir Pənahov ən yaşlı seçicilərin adlarını ELAN ETDİ

Ölkə

27 May 2024, 16:30

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda deyib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. Onun 134 yaşı var.

 

M.Pənahov qeyd edib ki, ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. Onun 108 yaşı var.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi