Modern.az

Azərbaycanla həmrəyliyimiz əbədi olacaq - TBMM sədri

Azərbaycanla həmrəyliyimiz əbədi olacaq - TBMM sədri

Ölkə

28 May 2024, 13:45

Azərbaycanın haqlı qürurunu və coşqusunu ürəkdən paylaşdığımız bu mənalı gündə vətən uğrunda şəhid olan bütün qəhrəmanları bir daha rəhmət və ehtiramla yad edirəm. Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq.

Modern.az xəbər verir ki, bu fikirlər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş təbrik mesajında yer alıb.

Türkiyə parlamenti sədrinin rəsmi “X” hesabında edilən paylaşımda deyilir: “Hər zaman “Bir millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və cansağlığı arzulayıram”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi