Modern.az

Əməkdaşlığımızın zənginləşməsi üçün imkanlar var - İlham Əliyev

Əməkdaşlığımızın zənginləşməsi üçün imkanlar var - İlham Əliyev

Ölkə

29 May 2024, 15:08

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

 

"Litva Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

 

Sizə ən xoş arzularımı yetirir, Litvanın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!