Modern.az

Hikmət Hacıyev həmkarları ilə görüşdü - FOTO

Hikmət Hacıyev həmkarları ilə görüşdü - FOTO

Ölkə

2 İyun 2024, 19:44

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

 

Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.

 

"Türk Dünyası bizim ailəmizdir!", - Prezidentin köməkçisi qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!