Modern.az

Azərbaycandan ilk zəvvar qrupu Həccə YOLA DÜŞÜR

Azərbaycandan ilk zəvvar qrupu Həccə YOLA DÜŞÜR

Ölkə

3 İyun 2024, 10:12

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə saat 03:35-də yola düşəcək.
 

Bunu Modern.az-ın sorğusuna cavabında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib.
 

Onun sözlərinə görə ilk qrupun tərkibində 180 nəfər zəvvar var:
 

“Bugecəki reyslə 180 nəfər yola salıncaq. Ümumi zəvvarların sayı isə 1500 nəfər olacaq. Havaların istiliyini nəzərə alaraq zəvvarlara xüsusi tövsiyələrimizi çatdırmışıq. Qrupun tərkibində Səhiyyə Nazirliyi ilə razılaşdırlımış şəkildə həkim heyəti də gedəcək və lazım gəldiyi təqdirdə zəvvarları müayinə edəcək. Özümüzlə lazımi dərman preparatları da götürmüşük. Bütün bunlara  baxmayaraq, zəvvarlara özlərinə aid müəyyən dərman preaparatlarını, eləcə də təzyiq və istiliklə əlaqədar dərmanlar götürməyi tövsiyə etmişik. Hansı saatlarda əraziyə çıxılacaq, hansı vaxtlarda Kəbəyə gediləcək - bütün bunları çalışırıq ki, qrup halında həyata keçirək”.
 

Bəxtiyar Nəcəfov be gecə yola düşəcək zəvvar qrupunun tərkibində şəhid ailələri və qazilərin olduğunu diqqətə çatdırıb.
 

“Şəhid ailələri Qafqaz Müsəlmanları İdarəsinin hesabına Həcc ziyarətinə yola salınır”,- o deyib.

QMİ rəsmisi ilk heyətdə tanınmış və məşhur şəxslərin olmadığını da diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri