Modern.az

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

1 İyun 2024, 12:30

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir.

 

Modern.az xəbər verir ki, forumda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan qiymətləndirmə birliklərinin rəhbərləri və qiymətləndiricilər, qonaq qismində isə Rusiya, Belarus və Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri iştirak edirlər.

 

Foruma xarici qonaqlarla yanaşı, Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin və ekosistemin nümayəndələri qatılıblar.  Forumda türk dövlətləri qiymətləndiriciləri, eləcə də iqtisadçıları arasında yeni əməkdaşlıq formatları, kordinasiyalı fəaliyyətin təşkili, ortaq milli qiymətləndirmə standartlarının və vahid məlumat bazasının formalaşdırılması istiqamətində müzakirələr aparılıb. Tədbirin panel mərhələsində isə qiymətləndirmə sektorunun inkişafı, regional və beynəlxalq perspektivlər mövzusunda çıxışlar edilib.  


Bildirilib ki, forumun məqsədi türk dilli ölkələrin qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır. Forum çərçivəsində idarə heyyətinin iclası keçirilib. İclasda mühüm  qərarlar qəbul edilib. Forum iştirakçıları tərəfindən səsvermə yolu ilə Azərbaycan Qiymətləndiriciləri Cəmiyyətinin  sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin rəhbəri seçilib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri