Modern.az

SOCAR-a hücum edənlər terrorçularla əlaqəli şəxslərdir - Türkiyəli deputatdan REAKSİYA

SOCAR-a hücum edənlər terrorçularla əlaqəli şəxslərdir - Türkiyəli deputatdan REAKSİYA

Ölkə

3 İyun 2024, 16:28

Bir neçə gün əvvəl SOCAR-ın Türkiyə ofisinə hücum edilib. Hücumu özlərini “Fələstin Üçün Min Gənc” adlandıran təşkilat həyata keçirib. Səbəb kimi, guya Azərbaycanın İsrailə qırıcı təyyarələr üçün yanacaq satması irəli sürülüb.

 

SOCAR məsələ ilə bağlı rəsmi məlumat yayıb və iddiaları təkzib. Türkiyədə bu sabah “Fələstin Üçün Min Gənc” adlandıran təşkilatın 13 üzvü tutulub. Onların tezliklə məhkəməyə çıxarılacağı gözlənilir.

 

Maraqlıdır ki, İstanbulda keçirilən aksiyaları ilk yayan İran KİV-i olub. Habelə İran İslam İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus informasiya vasitələri bu aksiyanın təbliğində çox fəallıq göstərib. Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olduğunu iddia edən Tehran hakimiyyətinin rəsmi İRNA agentliyi də bu məlumatın yayılmasında fəallıq göstərib. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan üzvü Şamil Ayrım bildirib ki, hücumu həyata keçirənlər Azərbaycanla Türkiyə münasibətlərini pozmaq istəyən pis niyyətli qüvvələrdir:

 

"Türkiyə Respublikası lazım olan hər şeyi edir. Bu açıq-aşkardır. Azərbaycan Türkiyənin canıdır. Azərbaycanla Türkiyə münasibətlərini pozmağa kiminsə nə gücü çatar, nə də həddi var. Digər yandan SOCAR-a qarşı edilən hücuma görə çox pis olduğumu qeyd etmək istəyirəm. Həm Daxili İşlər Nazirliyi, həm də İstanbul Baş Polis İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb. Təəssüf ki, bu qruplar iki qardaş ölkə arasında münasibətləri pozmaq istəyən pis niyyətli insanlardan ibarətdir. Bu gündən etibarən hər şey normaldır. Hücumu həyata keçirənlərdən bir neçəsi həbs olunub. Lazımı istintaq işləri aparılır".

Şamil Ayrım bir daha belə bir hadisənin yaşanmamasını arzuladığını söyləyib:

 

"Azərbaycanın İsrailə qırıcı təyyarə üçün yanacaq satdığı ilə bağlı iddia həqiqəti əks etdirmir. SOCAR-ın da məsələ ilə bağlı açıqlaması var. Azərbaycan beynəlxalq bazarda neft satan ölkədir. Beləliklə, bu, tam olaraq pis niyyətli, bəzi terror qruplaşmaları ilə əlaqədə olan qrupların hərəkətidir. Bu gündən etibarən vəziyyət normallaşacaq. İnşallah, bir də belə hadisə baş tutmaz".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri