Modern.az

Prezident daha bir icra başçısını işdən ÇIXARDI

Prezident daha bir icra başçısını işdən ÇIXARDI

6 İyun 2024, 13:02

Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olib. 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.

 

O, 2013–2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

YAP-ın üzvüdür. Evlidir, 2 övladı var.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov da vəzifəsindən azad edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!