Modern.az

Spikerlərin Bakı toplantısı: Türk dünyasının güclənməsi üçün növbəti addım

Spikerlərin Bakı toplantısı: Türk dünyasının güclənməsi üçün növbəti addım

7 İyun 2024, 11:31

İyunun 6-da Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasının Plenar İclası keçirilib. Dövlət başçısı İlham Əliyev TÜRKPA-ya üzv ölkələrinin parlament sədrləri ilə görüş də keçirib.

 

Görüşdə bildirilib ki, Türk Dövlətləri Təşkilatının liderlərinin Zirvə Toplantısı Şuşada keçiriləcək. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası ittifaq komitəsinin üzvü Kamran Bayramov bildirib ki, TÜRKPA-nın iclasının Bakıda keçirilməsi TDT-nin gücləndirilməsi istiqamətində növbəti addımdır:

 

"Məlum olduğu kimi, bu günlərdə TÜRKPA-nın plenar iclası Bakıda keçirilir. TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin nümayəndə heyətləri dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul olunublar. Görüşdə cənab Prezident tərəfindən türk dünyası ilə bağlı, Azərbaycanın türk dünyası ilə inteqrasiyası, xarici siyasətdə prioritetləri barədə söhbət açıb. Ümumiyyətlə, mən xatırlatmaq istərdim ki, növbədənkənar Prezident seçkilərindən sonra cənab İlham Əliyev inaqurasiya mərasimində Azərbaycanın xarici siyasət istiqamətlərini və prioritetlərini səsləndirmişdi. Bunlardan başlıcası Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, Azərbaycanın türk dünyasına daha da sıx inteqrasiyası, TDT-yə üzv ölkələrlə əlaqələrin daha da dərinləşdirilməsi sahəsində fikirlər səsləndirmişdi. Bu günlərdə TÜRKPA-nın Bakıda keçirilən plenar iclasında məhz TDT-nin daha da gücləndirilməsi istiqamətində növbəti addımlardan biri hesab oluna bilər. TDT çərçivəsində ölkələrimizin əlaqərinin daha da gücləndirilməsi, əməkdaşlıq layihlərinin həyata keçirilməsi yalnız siyasi məqsədlər daşımır. Bu, eyni zamanda iqtisadi dividentlər də qazandıracaq".

Kamran Bayramov TDT liderlərinin Zirvə Toplantısının Şuşada keçirilməsinin əhəmiyyətindən danışıb:

 

"Dünyada gedən münaqişələr, hərbi əməliyyat və müharibələr Orta Dəhliz adlanan layihənin reallaşdırılmasına gətirib çıxarıb.Təbii ki, Orta Dəhliz layihəsinin əsas təşəbbüskarı və iştirakçısı Azərbaycandır. Orta dəhlizin Azərbaycan üzərinə keçməsi həm ölkəmiz, həm də digər TDT-yə üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb edəcək. Siyasi və iqtisadi məsələlərlə yanaşı cənab Prezident TDT liderlərinin növbəti zirvə toplantısının  Şuşada keçiriləcəyinin anonsunu verdi. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada türk dövlətlərinin yüksək ranqlı şəxslərinin görüşməsi Şuşaya, mədəni əməkdaşlığımıza verilən dəyər hesab oluna bilər. TDT-yə üzv dövlətlərlə bundan sonra da əməkdaşlıq əlaqələri genişləndiriləcək. İşğaldan azad olunmuş ərazilərdə çox böyük tikinti-quruculuq, bərpa işləri görülür. Qardaş türk dövlətləri bizə bu istiqamətdə böyük dəstəklərini, göstərirlər. Məlum olduğu kimi, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Prezidentləri həmin ərazilərə səfər ediblər. Onların bəziləri həmin ərazilərdə sosial infrastrukturun qurulmasında öz dəstəklərini əsirgəməyiblər. Bununla yanaşı Azərbaycanda dünyanın ən böyük və coğrafi baxımdan nəhəng hesab edilən COP29 konfransının keçiriləcəyini də nəzərə alaq. Bu istiqamətdə də TDT-nin Azərbaycana böyük dəstəyini göstərəcək. İqlim dəyişikliyi ilə bağlı mübarizədə Azərbaycanın dünyaya verəcəyi töhfə məlum olacaq. Bu sahədə TDT çərçivəsində böyük işlər görülə, nəhəng layihələr həyata keçirilə bilər. COP29 tədbirinə qədər bu sahədə bizim dövlətlərimiz çox səmərəli və məhsuldar layihələr həyata keçirəcək".

 

Milli Məclisin deputatı Arzu Nağıyev isə vurğulayıb ki, Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşdə bir sıra ciddi mesajlar verib:

 

"Türk dövlətlərinin siyasi, iqtisadi, mədəni cəhətdən əlaqələri çox böyük əhəmiyyətə malikdir. Ölkələr arasında imzalanan strateji tərəfdaşlıq müqavilələri də çox böyük önəm kəsb edir. Məlumdur ki, həm parlament səviyyəsində, həm də iqtisadi məsələlərin həllində bu birlik vacibdir. Parlament səviyyəsində görüşlər bir sıra qanunların qəbul edilməsində,qarşılıqlı münasibətdə gələcək fəaliyyətinə sadəcə olaraq müsbət istiqamət  verir. Bu da parlament sədrləri səviyyəsində görüşlərdə öz əksini tapıb. Cənab Prezident bir sıra məsələlər ətrafında çıxış etdi. O türk dövlətlərinə qarşı aparılan məkrli siyasətə qarşı birgə hərəkətin vacibliyini vurğulayıb".

Arzu Nağıyev TDT ğlkələrinin Şuşada keçirləcək Zirvə Toplantısını da şərh edib:

 

"Şuşada Zirvə toplantısının keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan məhz elə bir dövlətdir ki, bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə ev sahibliyi edir. TDT ölkələrinin Zirvə Toplantısı üçün məhz Azərbaycanı seçməsi  də vacib nüansdır. Azərbaycan torpaqlarını işğaldan azad edən dövlətdir. Biz türk dünyasının bu məsələdə mənəvi dəstəyini gördük.  Ona görə də türk dünyasının daha da qüdrətlənməsi üçün həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən əməkdaşlığı oldquca vacibdir. Hətta mən deyərdim ki, təhlükəsizlik xidmətlərinin koordinasiyalı münasibətləri olmalıdır. Biz birlikdə güclüyük. Birgə fəaliyyətimiz koordinasiyalı şəkildə davam edəcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri