Modern.az

\"İlham Əliyev əsl türk millətçisidir\" - Ersin Tatar

\

7 İyun 2024, 12:00

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Prezident İlham Əliyevin dəstəyinin önəmindən bəhs edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ersin Tatar jurnalist Sefa Karahasana verdiyi müsahibəsində danışıb.

 

"Cənab İlham Əliyev əsl bir türk millətçisidir. Onun Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dəstəyi və bu yöndə açıqlamaları bizim üçün çox vacibdir. Azərbaycanın dəstəyi bizi gücləndirməkdədir. Hər zaman bizim yanımızda olan cənab İlham Əliyevə və xalqına təşəkkürlərimi çatdırıram",- Ersin Tatar bildirib.

 

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kiprin Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzv olmasını dəstəklədiyini bildirib.

 

"Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi olması ilə əlaqədar Azərbaycan çox fəal çalışırdı, fəal diplomatik səylər göstərmişdir və çox şadam ki, artıq birinci addım atıldı. O ki qaldı, Şimali Kipr Türk Cümhuriyyətinin tamhüquqlu üzvə çevrilməsinə, Azərbaycan olaraq biz bunu dəstəkləyirik. Bu, təbii olar", - İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edən zaman deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri