Modern.az

Azərbaycana yeni səfir təyin edildi

Azərbaycana yeni səfir təyin edildi

7 İyun 2024, 13:38

Qırğızıstan Azərbaycana yeni səfir təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov sərəncam imzalayıb.

 

Məlumata görə, Kayrat Osmonəliyev bu ölkənin Azərbaycandakı səfiri vəzifəsindən azad edilib. Onun əvəzimmə Maksat Mamıtkanov təyin edilib.

 

Mamıtkanov 1971-ci ildə anadan olub. O, Avrasiya İqtisadi Komissiyasının Gömrük Əməkdaşlıq üzrə Naziri vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!