Modern.az

Hansı heyvanları qurban kəsmək olar? - Vacib TÖVSİYƏLƏR

Hansı heyvanları qurban kəsmək olar? - Vacib TÖVSİYƏLƏR

11 İyun 2024, 12:24

Qafqaz Müsəlmanları İdarəsinin (Qmi) Qazılar Şurası Qurban bayramına dair tövsiyələrini açıqlayıb.

Modern.az-ın məlumatına görə, Qazılar Şurası bildirib ki, imkanı olan adamların qurban kəsmələri, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.

“Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib”, - QMİ-nin tövsiyəsində vurğulanıb.

Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı 1 ilə yaxın, öküz və inək 1 və ya 2 ildən artıq, dəvənin isə 5 ili tamam olmalıdır.  

Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi